Koreya dövlət başçısı Azərbaycan prezidentini təbrik edib

Samir Soltanov/AZADİNFORM. Koreya Respublikasının prezidenti Mun Ce-in İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib. 

Azadinform xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Koreya Respublikasının hökuməti və xalqı adından ürəkdən təbrik edirəm. Yüksək səviyyəli liderliyinizin Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcəyinə inanıram. 1992-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlər qurulduqdan sonra müxtəlif sahələrdə dostluq və əməkdaşlıq əlaqələri inkişaf etdirilib. Ümid edirik ki, qarşılıqlı faydalı və işgüzar əməkdaşlığımızı Zati-alinizlə birlikdə gələcəkdə də genişləndirəcəyik. Sizə cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, ölkənizə isə davamlı inkişaf arzulayıram”.

19.04.2018 18:11 / Baxılıb: 234 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo