Vikipediyada Başlıbel faciəsi haqqında məqalə yaradılıb

Samir Soltanov/AZADİNFORM. AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən Kəlbəcər rayonunda ermənilər tərəfindən törədilmiş “Başlıbel faciəsi” haqqında məqalə yaradılıb. 

Azadinform xəbər verir ki, məqalədə 25 il bundan əvvəl Kəlbəcər rayonunun işğalı zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qırğınlar haqqında faktlar təqdim olunub. 1993-cü ilin aprel ayının əvvəllərində Kəlbəcərin Başlıbel kəndində ermənilər tərəfindən törədilmiş vəhşiliklər və mühasirəyə düşən 73 kənd sakininin faciəvi aqibəti təsvir olunub. Faciə ilə bağlı 2017-ci ildə Azərbaycan və ingilis dillərində “Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə” adlı kitab nəşr olunub. Kitabda ermənilərin Başlıbel kəndində törətdiyi qırğının canlı şahidlərinin fikirləri yer alıb, həmçinin, mühasirədə qalan uşaqların, qocaların və qadınların həyatını xilas etmək üçün böyük fədakarlıq göstərmiş şəxslərin xatirələri qeyd edilib. “Başlıbel faciəsi” adlı tarixi fakt ilə ətraflı şəkildə tanış olmaq üçün aşağıdakı  linkə daxil ola bilərsiniz:

 

https://az.wikipedia.org/wiki/Ba%C5%9Fl%C4%B1bel_faci%C9%99si

19.04.2018 18:03 / Baxılıb: 258 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo