Prezidentin fərmanı 8800 şəxsin ailəsinə şamil olunacaq

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. 

Azadinform xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri vəzifələrini icra edən Səlim Müslümov bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib ki, ilkin informasiyaya əsasən bu fərman 8800 şəxsin ailəsinə şamil olunacaq: “Bu kateqoriyadan olan şəxslərə təxminən 95-100 milyon manat vəsait tələb olunacaq”. Nazirin sözlərinə görə, 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəniş veriləcək.

19.04.2018 17:45 / Baxılıb: 272 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo