Gürcüstan Prezidenti İlham Əliyevi təbrik edib

Samir Soltanov/AZADİNFORM. Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Dövlət başçısı İlham Əliyevə təbrik məktubu ünavanlayıb. 

Azadinform xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Vurğulamaq istərdim ki, Azərbaycan xalqı öz ölkəsinin inkişafına, əmin-amanlığına, təhlükəsizliyinə və sabitliyinə, rifah və uğurların təminatına səs verdi. Keçən dövr ərzində Sizin ölkənizin siyasi, iqtisadi və mədəni sahələrdə inamlı inkişafının şahidi olduq. Əminəm ki, Sizin rəhbərliyiniz ilə Azərbaycan Respublikası daha böyük uğurlara nail olacaq. 

Gürcüstan və Azərbaycan əsrlər boyu dostluq, möhkəm mədəni əlaqələr və uğurlu əməkdaşlıq münasibətlərindən məmnunluq hissləri yaşamışlar. Xalqlarımız hər zaman öz gələcəkləri və ölkələrinin rifahı naminə bir-birinin yanında olublar. Ölkələrimiz öz suverenliyi və ərazi bütövlükləri naminə mübarizəyə birgə qoşulmuş və regionda sülhə və sabitliyə nail olmuşlar. İnanıram ki, strateji tərəfdaşlar olaraq, xalqlarımızın mənafeyi naminə əməkdaşlığımızın dərinləşməsi və genişlənməsi uğurlu nailiyyətlərə gətirib çıxaracaqdır. 

Cənab Prezident, bir daha Sizə öz dərin ehtiramımı ifadə edir və dost Azərbaycan xalqının əmin-amanlığı və rifahı naminə Zati-alinizə xoşbəxtlik, cansağlığı və ali dövləti vəzifənizdə uğurlar diləyirəm”.

19.04.2018 17:15 / Baxılıb: 237 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo