Prezidentin debatlarda səsləndirilən təkliflərə diqqətlə yanaşması sevindirici haldır

Şəfa Tapdıq/AZADİNFORM. “Prezidentin səsləndirdiyi fikirləri yüksək qiymətləndiririk. Seçki kampaniyası ərzində ciddi rəqabət mühitinin olmasına baxmayaraq, bütün etik normalara əməl edən partiyanın təmsilçiləriyik. Partiyamızın sədri və prezidentliyə namizəd olmuş Qüdrət Həsənquliyev bütün debatlarda yalnız mövcud problemləri və onun həlli yolları barədə danışırdı. Bu problemlərin həllinin kimin tərəfindən həyata keçiriləcəyi bizim üçün prioritet məsələ deyil”.

Bu fikirləri Azadinform-a açıqlamasında builki prezident seçkilərində namizəd olmuş BAXCP sədri Qüdrət Həsənquliyevin müavini Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, əsas məsələ Azərbaycanın inkişafı naminə mövcud problemlərin aradan qaldırılmasıdır: “Çox sevindirici haldır ki, ölkə prezidenti debatlarda səsləndirilən təkliflərə, o cümlədən, BAXCP sədrinin fikirlərinə diqqətlə yanaşıb və təkliflərin nəzərə alınacağını bildirib. Bu hal Azərbaycanda yeni siyasi dönəmin başlayacağından xəbər verir. Qənaətimə görə, Azərbaycanda siyasi münasibətlərin daha yüksək mərhələyə qədəm qoyması üçün imkanlar yaranıb. Cənab prezidentin verdiyi mesajlar da bunu sübut edir”.

19.04.2018 15:00 / Baxılıb: 407 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo