Astarada 15 ədəd top mərmisi tapılıb

Adəm Abbaslı/AZADİNFORM. Astarada 15 ədəd partlamamış top mərmisi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Azadinform-a verilən məlumata görə, bu gün saat 00:14-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Astara rayonu, Həzi Aslanov küçəsində 9 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumatın gecə saatlarında daxil olduğunu nəzərə alaraq Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu səhər saatlarında həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə qazıntı aparılan hissəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 15 ədəd partlamamış hərbi sursat (10 ədəd 82 mm-lik geritəpməsiz top mərmisi (BK-881), 2 ədəd 107 mm-lik geritəpməsiz top mərmisi (BK-883), 2 ədəd 73 mm-lik geritəpməsiz top mərmisi (BK) və 1 ədəd 82 mm-lik top mərmisi (O-832)) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 800 kv.m əraziyə yerüstü və 30 kv.m əraziyə yeraltı baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 19 aprel 2018-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Astara, Abşeron, Beyləqan, Füzuli, Tərtər, Qazax, Naftalan, Goranboy, Göygöl, Yevlax, Şəmkir, İsmayıllı, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 13 ev və həyətyanı sahə, 7 əkin sahəsi, 1 fərdi yaşayış evinin qarşısı, 1 ferma ərazisi, 11 otlaq sahəsi, su kanalı, çay sahili, kənd qəbiristanlığının yaxınlığı, məişət tullantıları ərazisi, yol kənarı, dəmiryolu xəttinin yaxınlığı, RPŞ-nin inzibati ərazisi, hərbi hissənin yaxınlığı, Avtovağzal ərazisi, Yuxarı Qarabağ kanalı, beton zavod və bazar ərazisinə baxış keçirilib, 3 463 ədəd partlamamış hərbi sursat, 3 ədəd tank əleyhinə mina və 73 kq partlayıcı maddə (ammonit 6 JV-200) aşkar olunaraq zərərsizləşdirilib, 63 245 kv.m ərazi yoxlanılıb.

19.04.2018 14:40 / Baxılıb: 236 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo