Seçkilərin əvvələ çəkilməsi Türkiyə ilə bağlı kirli planları alt-üst etdi

Samir Soltanov/AZADİNFORM. “İyunun 24-ü Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi üçün uyğun zamandır”. 

Azadinform xəbər verir ki, bu barədə Türkiyə Baş nazirinin köməkçisi Bəkir Bozdağ bildirib. O qeyd edib ki, 26 avqust yayın ortalarıdır və Qurban bayramı ərəfəsidir: “Seçkilərin əvvələ çəkilməsi Türkiyə ilə bağlı kirli planlar hazırlayanların işlərini alt-üst etdi: “Türkiyədə ssenarini artıq başqaları deyil, millət yazacaq. Bu millətin yazdığı ssenariyə hər kəs tabe olacaq”.

B. Bozdağ vurğulayıb ki, biz yeni sistemlə yolumuza davam etməliyik: “Türkiyə tez zamanda qərar qəbul etməlidir və qəbul edilən qərarların icrasına başlamalıdır. Biz Türkiyənin zərər görməməsi üçün növbədənkənar seçkilərin keçirilməsinə qərar verdik. Yəni, seçkiləri daha sonraya saxlamaq Türkiyəni bu mövzu ilə daha çox məşğul etmək deməkdir. Artıq biz seçkilərlə bağlı müzakirələri sonlandırmaq istəyirik”.

19.04.2018 12:20 / Baxılıb: 1431 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo