Finalçılar bəlli oldu

Adəm Abbaslı/AZADİNFORM. Futbol üzrə Almaniya kubokunda ikinci finalçı bəlli olub.

Azadinform-un xəbərinə görə, ikinci yarımfinal matçında Frankfurtun “Ayntraxt” klubu “Şalke”ni 1:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Bundan əvvəl “Bavariya” Leverkuzenin “Bayer” klubunu 6:2 hesabı ilə darmadağın edərək finala yüksəlib.

Beləliklə, mayın 19-da həlledici oyunda “Ayntraxt” və “Bavariya” üz-üzə gələcək.

19.04.2018 09:55 / Baxılıb: 232 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo