Qəbələ finala vəsiqə qazanıb

“Qəbələ” klubu Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb.

Azadinform-un məlumatına görə, yarımfinal mərhələsinin ilk matçında evdə “Neftçi”yə 1:2 hesabı ilə uduzan “qırmızı-qaralar”, səfərdə dönüş etməyi bacarıblar.

“Bakcell Arena”da baş tutan qarşılaşmada hesabı “Neftçi” açıb. Oyunun 10-cu dəqiqəsində Soni Mustivar fərqlənib. Bunun müqabilində "Qəbələ"nin bombardiri Baqali Dabo 20 və 30-cu dəqiqələrdə komandasını hesabda önə çıxarıb. Görüşdə son qolu isə əyalət təmsilçisinin kapitanı Cavid Hüseynov vurub. O, 63-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Beləliklə, finalda ukraynalı baş məşqçilərin – “Qəbələ”nin sükanı arxasında olan Roman Qriqorçukla Yuri Maksimovun rəhbərlik etdiyi komandalar üz-üzə gələcəklər.

Final oyunu mayın 28-də keçiriləcək.

18.04.2018 23:11 / Baxılıb: 233 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo