Shamkir Chess 2018 turnirinin açılışı keçirilib

AZADİNFORM. Bu gün Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turnirinin açılış mərasimi keçirilib.

Azadinform-un məlumatına görə, tədbirdə FİDE prezidenti Kirsan İlyumjinov da iştirak edib.

Mərasimdə həmçinin yarışın ilk turunun püşkü atılıb. Azərbaycanlı şahmat azarkeşlərinin böyük ümid bəslədiyi qrossmeysterimiz Şəhriyar Məmmədyarov turnirə norveçli dünya çempionu Maqnus Karlsenlə oyunla start verəcək.

Digər təmsilçilərimiz – Teymur Rəcəbov bolqarıstanlı Veselin Topalov, Rauf Məmmədov isə çexiyalı David Navara ilə qarşılaşacaq.

Qeyd edək ki, İsveçrə sistemi ilə keçiriləcək yarış 9 turdan ibarət olacaq.

18.04.2018 21:37 / Baxılıb: 211 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo