İsveçrənin dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

AZADİNFORM. İsveçrə Konfederasiyasının Prezidenti Alain Berset Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Azadinform-un məlumatına görə, təbrik mətnində deyilir: 

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur və Sizinlə bu ilin yanvar ayında Davosdakı görüşümüzü məmnunluq hissi ilə xatırlayıram.

İsveçrə Federal Şurası adından Sizə Azərbaycan dövlətinin və xalqının rifahı və davamlı firavanlığı istiqamətində bütün işlərinizdə uğurlar arzulayıram.

İsveçrə ilə Azərbaycan arasında yaxşı və geniş əlaqələr mövcuddur. Mən səmimiyyətlə ümid edirəm ki, ölkələrimiz arasındakı yüksək səviyyəli münasibətlər Sizin Prezidentliyinizin yeni dönəmində də uğurla davam edəcək.

Zati-aliləri, xahiş edirəm, ən dərin ehtiramlarımı qəbul edin".

18.04.2018 21:10 / Baxılıb: 212 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo