Qətər Əmiri Azərbaycan prezidentini təbrik edib

AZADİNFORM. Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Tani İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Azadinform-un məlumatına görə, təbrikdə deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və salamlarımı çatdırmaqdan böyük məmnunluq və şərəf duyuram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə əmin-amanlıq və uğurlar, qardaş Azərbaycan xalqına davamlı inkişaf, ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərin isə gələcək illərdə daha da möhkəmləndirilməsini arzulayıram”.

18.04.2018 20:37 / Baxılıb: 238 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo