Əfqanıstanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

AZADİNFORM. Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Azadinform-un xəbərinə görə, təbrik mətnində deyilir:

"Zati-aliləri.

Yenidən qardaş Azərbaycan dövlətinin Prezidenti seçilməyiniz münasibətilə Sizə Əfqanıstan xalqı adından ən xoş və ən səmimi təbriklərimi çatdırıram.

Xalqınızın Sizi bu ali vəzifəyə yenidən layiq görməsi xidmətlərinizə verilən yüksək qiymət və gələcək planlarınıza inamın təzahürüdür.

Zati-aliləri cənab Prezident, əminəm ki, qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz bütün sahələrdə mövcud imkanlar baxımından genişlənəcək və güclənəcəkdir.

Bu böyük qələbə münasibətilə Sizi bir daha təbrik edir, Sizə cansağlığı, qardaş Azərbaycan xalqına əmin-amanlıq və tərəqqi arzu edirəm".

18.04.2018 19:45 / Baxılıb: 220 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo