Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib

Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.

Azadinform-un məlumatına görə, bu, Bakının "Keşlə" klubudur.

Yuri Maksimovun baş məşqçi olduğu komanda yarımfinalda "Sumqayıt"ı mübarizədən kənarlaşdırıb. Ötən həftə keçirilmiş ilk görüşdə 1:0 hesablı qələbə qazanan "Keşlə" bugünkü səfər oyununda 1:1 hesablı heç-heçəyə nail olub.

"Kapital Bank Arena"dakı qarşılaşmada da hesabı 62-ci dəqiqədə qonaq komandanın futbolçusu Sezar Meza Kolli açıb. Bundan cəmi 2 dəqiqə sonra Cavid İmamverdiyev bərabərlik qolunu vurub. "Sumqayıt"ın mərhələ adlamaq üçün lazım olan daha 2 qola isə imkanı çatmayıb. Nəticədə "Keşlə" iki oyunun cəmində 2:1 hesablı üstünlüklə mərhələ adlayıb. Finalda rəqib saat 20:00-da başlanacaq "Neftçi" - "Qəbələ" görüşünün yekununda müəyyənləşəcək. Flaqman ilk görüşü qələbə ilə başa vurub - 2:1.

Qeyd edək ki, "Sumqayıt" - "Keşlə" matçı insidentsiz də ötüşməyib. 70-ci dəqiqədə Bəxtiyar Həsənalızədinin Sezar Meza Kolliyə sürüşmə fəndinə sərt reaksiya verən qonaq komandanın baş məşqçisi Yuri Maksimov meydandan kənarlaşdırılıb. İlk görüşdə hakimlərə sərt etiraz etdiyi üçün "Sumqayıt"ın baş məşqçisi Samir Abasov da texniki zonadan qovulmuşdu. Bu səbəbdən, Abasov bugünkü görüşdə tribunada yer alıb. Final qarşılaşmasında isə Maksimov komandasına texniki zonadan tapşırıq verə bilməyəcək.

18.04.2018 19:17 / Baxılıb: 229 / Çap
 
    Bu bölmədə
    19.10.2018
    Xeyirhah Messi
     Xəbər lenti
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo