Prezidentin bu cür mövqe sərgiləməsini dəstəkləyirəm

Şəfa Tapdıq/AZADİNFORM. “Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənib, mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm” – bu fikirləri prezident İlham Əliyev bu gün Milli Məclisdə andiçmə mərasimində deyib.

Bildirib ki, bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir.

Prezident onu da qeyd edib ki, seçkilər kampaniyası zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq, dəyərli təkliflər nəzərə alınacaq.

Bu barədə fikirlərini Azadinform-a açıqlayan prezidentliyə namizəd olmuş Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə prezidentin doğru yol tutduğunu bildirdi: “Prezidentin bu cür mövqe sərgiləməsini dəstəkləyirəm. Bu, siyasi etikadır. Onu da qeyd edim ki, debatlar zamanı müxtəlif fikirlər səslənmişdi. Onlardan hansı düz, hansı səhv idi, bunu deyə bilmərəm. Buna prezident özü qərar verəcək. Hansı fikirlər doğrudur, hansı təkliflər sərfəlidirsə, prezident ona əsasən qərar qəbul edəcək və onları reallaşdıracaq”.

18.04.2018 14:50 / Baxılıb: 443 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo