Mourinyo Poqbanın satışına icazə verib

İngiltərənin "Mançester Yunayted" komandasının baş məşqçisi Joze Mourinyo futbolçu Pol Poqbanın satışına icazə verib.

Azadinform xəbər verir ki, portuqaliyalı mütəxəssis 25 yaşlı yarımmüdafiəçinin çıxışından narazıdır. Bu səbəbdən, Mourinyo yay fasiləsində Fransa yığmasının üzvünün satışı üçün "yaşıl işıq" yandırıb.

Poqbanın xidmətində Fransa təmsilçisi PSJ maraqlıdır. Parislilərin artıq onunla danışıqlara başladığı bildirilir.

Qeyd edək ki, 2016-cı ilin yayında İtaliyanın "Yuventus" klubundan 105 milyon avro qarşılığında "Mançester Yunayted"ə transfer olunan Pol Poqba İngiltərə Premyer Liqasının cari mövsümündə 5 qol vurub və 9 məhsuldar ötürmə verib. O, hazırda İngiltərə Premyer Liqasında ən bahalı futbolçudur. 

17.04.2018 23:57 / Baxılıb: 182 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo