Mobil operatorlar 207,3 milyon manat qazanıb

Samir Soltanov/AZADİNFORM. Cari ilin yanvar-mart ayları ərzində informasiya və rabitə müəssisələri 421,9 mln. manatlıq xidmət göstərib ki, onun da 71,6%-i əhali tərəfindən istehlak olunub. 

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 13,2% artıb, bu sahədə əldə edilmiş gəlirin 80,7%-i qeyri-dövlət sektorunun payına düşüb. 

Xidmətlərdən əldə edilən gəlirin 49,1%-i və ya 207,3 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

17.04.2018 15:30 / Baxılıb: 187 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo