Əhalinin gəlirləri 10%-ə yaxın artıb

Samir Soltanov/AZADİNFORM. Bu ilin yanvar-mart aylarında ölkə əhalisinin nominal gəlirləri artıb. 

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, 2018-ci ilin yanvar-mart aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,8% artaraq 12 mlrd. 533,3 mln. manat olub və ya  əhalinin hər nəfərinə orta hesabla 1280,5 manat təşkil edib. 

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 11582,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövründəkindən 10,2% çox vəsait qalıb.

17.04.2018 15:23 / Baxılıb: 177 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo