İctimai rəy nəzərə alınmalıdır Ekspert DİM sədrinin qərarına münasibət bildirdi

Şəfa Tapdıq/AZADİNFORM. “Təhsil hamı üçün əlçatan olmalıdır. Bu, bizim Konstitusiyada da əksini tapıb. Təhsilin fasiləsizlik məsələsi var. Bu məsələnin gündəmə gəlməsini yenilik adlandırmaq olmaz”.

Bu fikirləri Azadinform-a təhsil eksperti Nadir İsrafilov DİM Direktorlar Şurası sədri Məleykə Abbaszadənin “2019-cu ildə ali məktəblərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları da cari ilin məzunları kimi iki mərhələli imtahanda – buraxılış və qəbul imtahanlarında iştirak etməli olacaqlar” fikrinə münasibət bildirərkən deyib.

Ekspert xatırladıb ki, məzunlara ikinci imtahanda iştirak etmək şansı yaradılıb: “Həmçinin, institutların nəzdində hazırlıq kursları açılıb”.

N. İsrafilov təhsilin gündən-günə inkişaf etdiyini bildirib: “Bir neçə il əvvəl məktəbi bitirən şəxs hazırkı yeni dərs proqramı barədə məlumatlı olmalıdır. Müəllim olan şəxs də bir neçə il əvvəl institutu bitirib, diplom alıb. Amma müəllimlər də təkmilləşdirilir və diaqnostik qiymətləndirməyə cəlb olunur. Bu mənada, düşünürəm ki, verilən qərar narazılıq doğurmamalıdır. Amma onu da deyim ki, təhsil sahəsində birmənalı qarşılanan xəbər yoxdur. Müxtəlif mövqelər sərgilənir. İctimai rəy də nəzərə alınmalıdır”.

17.04.2018 14:25 / Baxılıb: 722 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo