İlk növbədə seçki qanunvericiliyini öyrənmələri lazım idi Orxan Həsənoğlu

AZADİNFORM. “Müstəqilliyimizin ilk ilində ölkəmizin üzvü olduğu ilk beynəlxalq təşkilat ATƏT olub. Ötən illərdə ATƏT bizim haqlı mövqeyimizi lazımınca ya dəstəkləməyib, ya da obyektiv yanaşmayıb”. Bu barədə açıqlamanı Azadinform-a Azərbaycan Kıprıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu verib.

O.Həsənoğlu bildirib ki, ATƏT Minsk qrupunun bu günə qədər olan fəaliyyətində kifayət qədər qüsurlar və Azərbaycana qarşı ədalətsiz yanaşmalar olub: “Ancaq ölkə başçısının daim humanist prinsiplərə söykənməsi və sülhməramlı niyyətindən dolayı ATƏT Minsk qrupu ilə bağlı mənfi fikirlər səsləndirilməyib. Seçkilərdən sonra ATƏT-in tərkibində olan başqa bir qurumun açıqlamaları isə ancaq təəssüf doğura bilər. Əgər Azərbaycanda seçkini müşahidə etmək missiyasını daşıyırdılarsa, ilk növbədə ölkənin seçki qanunvericiliyini öyrənmələri lazım idi. Təkcə onların səsləndirdiyi bir irada diqqət çəkmək istəyirəm. Belə ki, namizədin seçkilərdə birbaşa özünün iştirakı əsas tələb deyil,  istənilən müzakirədə onu nümayəndəsi də təmsil edə bilər. Baş verən hadisə əlbəttə xoş deyil. ATƏT daim ölkəmizlə bağlı mənfi fikir formalaşdırmağa çalışıb. Bu da vətəndaşlarımızda haqlı narazılıq yaradır. Düşünürəm ki, iş olan yerdə qüsurların olması normaldır. Əgər ATƏT məlum institutu hər hansı bir qüsur görmüşdüsə, buna zamanında münasibət bildirməli idi. Seçkilər bitdikdən və xalq öz prezidentini seçdikdən sonra qeyri-obyektiv bəyanatlar səsləndirmək beynəlxalq etik prinsiplərə ziddir”. 

17.04.2018 14:10 / Baxılıb: 731 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo