Səngəçalda avtoqəza - Ölən var

AZADİNFORM. Qaradağ rayonunun Səngəçal qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Azadinform-a verilən məlumata görə, aprelin 16-da saat 11 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsində Ağdaş rayon sakini Mansur Qasımov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarında dayanmış Bakı şəhər sakini İsgəndər Mehdiyevə məxsus “KamAZ” markalı avtomobilə vurub.

Nəticədə M.Qasımov hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

17.04.2018 13:45 / Baxılıb: 174 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo