Nikol Paşinyan polisin bildiriş kağızını cırıb atdı Video

Ləman Hüseynzadə / AZADİNFORM. Ermənistanda “Mənim addımım” hərəkatının təşkil etdiyi mitinqlər davam etməkdədir.

Azadinform xəbər verir ki, İrəvanda toplaşan etirazçılar yenidən mərkəzi prospektləri bağlamağa başlayıb.

İrəvanın Baş Polis İdarəsinin rəis müavini Valeri Osipyan hərəkatın lideri Nikol Paşinyana etirazların dayandırılması barədə bildiriş təqdim edib. O isə bildirişi cıraraq havaya atıb. 

Qeyd edək ki, nümayişçilərin etirazı Serj Sarkisyanın baş nazir postuna namizədliyini irəli sürməsidir. Mitinq iştirakçıları parlament idarəçiliyi sistemində Serj Sarkisyanın baş nazir olmasını istəmir.


17.04.2018 12:40 / Baxılıb: 570 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo