Sarkisyan zorla baş nazir olmaq istəyir Deputat

Şəfa Tapdıq/AZADİNFORM. “Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı mitinqlərin keçirilməsi və qan tökülməsinin böyük mənası var. Bu mitinqlər göstərir ki, S.Sarkisyan prezident olaraq, indiyədək Ermənistanı zorla idarə edib və indi də zorla baş nazir olmaq istəyir”.

Bu fikirləri millət vəkili Musa Qasımlı İrəvanda etirazçıların mərkəzi küçələri bağlaması və Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz məqsədilə keçirilən mitinqlər barədə fikirlərini Azadinform-la bölüşərkən deyib.

Millət vəkili qeyd edib ki, o, prezident kimi uğurlu olsaydı, əhali mitinqlərə qatılmazdı: “Mitinqlər göstərdi ki, o, ötən müddət ərzində hakimiyyətə zorakılıqla yiyələnib. Bu mitinqlər həm də onu göstərdi ki, Ermənistanda ağır böhran var. Bu böhran ölkə həyatının bütün sahələrini əhatə edir. Erməni cəmiyyəti böhran içində çalxalanıb və onlar cəbhələrə bölünüb”.

Millət vəkilinin fikrincə, qarşıdurma daha da dərinləşəcək: “Qarşıdakı aylarda yenə də qanlar axıdılmasını görəcəyik”.

17.04.2018 12:30 / Baxılıb: 257 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.07.2018
    21.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo