Qida əlavəsinin qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb

Adəm Abbaslı/AZADİNFORM. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qida əlavəsinin gömrük sərhədindən bəyan etmədən, qaçaqmalçılıq yolu ilə keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, bu fakt Urumçi-Bakı aviareysilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yükünə gömrük nəzarəti zamanı qeydə alınıb. Həmin baqajda invoysda göstərilməyən və gömrük orqanına bəyan edilməyən 18.322 ədəd qida əlavəsi aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

17.04.2018 12:20 / Baxılıb: 116 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo