Ermənistanda seçkilərin keçirilməsi çox çətin olacaq

Ləman Hüseynzadə / AZADİNFORM. “Bu gün Ermənistanda baş nazir seçiləcəyi nəzərdə tutulur, amma seçki prosesi baş tutacaq, ya yox bu bəlli deyil. Çünki parlamentə gedən bütün yolların hamısı etirazçılar tərəfindən mühasirəyə alınıb”.

Bu fikri Azadinform-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, Ermənistanda mərkəzi yolların çox hissəsi tamamilə bağlanıb: “Hətta nümayişçilər deputatları belə parlamentə buraxmaq istəmirlər. Polis mitinqdə iştirak edənləri həbs etməyə çalışır. Amma nəticə olaraq ortada ciddi bir şey yoxdur. Zənnimcə, belə bir şəraitdə parlamentdə seçkilərin keçirilməsi çox çətin olacaq. Ola bilər ki, seçki prosesi heç baş tutmasın”.

17.04.2018 11:28 / Baxılıb: 203 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.07.2018
    21.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo