Bu gün Ermənistanda baş nazir seçiləcək

Ləman Hüseynzadə / AZADİNFORM. Bu gün Ermənistanın yeni baş naziri seçiləcək.

Azadinform xəbər verir ki, baş nazir postuna təyin ediləcək şəxs parlamentin xüsusi iclasında seçiləcək.

Ermənistan parlamentinin dövlət-hüquq məsələləri və insan hüquqlarının müdafiəsi daimi komissiyasının sədr müavini Rüstəm Mahmudyan bildirib ki, adi qanun layihələrinin qəbulu zamanı olan prosedura uyğun olaraq Milli Məclisdə (parlament) adbaad səsvermə keçiriləcək. Deputatların böyük əksəriyyətinin səsini qazanacaq namizəd baş nazir seçilmiş sayılacaq.

Qeyd edək ki, aprelin 14-də Ermənistanın hakim Respublika partiyası Serj Sarkisyanın Ermənistanın baş naziri postuna namizədliyini irəli sürüb.

17.04.2018 11:10 / Baxılıb: 184 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo