Azərbaycanda devalvasiya gözlənilmir

"Azərbaycanda devalvasiya gözlənilmir".

Məlumata görə, bunu bu gün Bakıda "Kredit Məlumatları Təchizatçılarının Regional Assosiasiyası"nın təsis edilməsinə həsr olunmuş konfransda Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş İcraçı Direktoru İbrahim Alışov deyib.

"Son bir həftə ərzində Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə, Türkiyə, Rusiya kimi ölkələrdə valyuta qiymətlərinin milli valyutaya nisbətdə volatilliyi Azərbaycanda da psixoloji gərginlik yaratmaqda idi. Bizim müşahidələr və apardığımız təhlillər onu göstərir ki, bankların heç birində nağd valyuta tələbatlarını qarşılamamaq imkanları yoxdur. Mərkəzi Bank yetərincə banklara, bank filiallarına yetərincə nağd valyuta satışını həyata keçirib. Bu sadəcə psixoloji amildir. Bu onu deməyə əsas verir ki, Azərbaycanda devalvasiya gözlənilmir", - deyə İ.Alışov vurğulayıb. (Apa)

17.04.2018 11:00 / Baxılıb: 203 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.07.2018
    21.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo