İrəvanda etiraz aksiyaları davam edir

Ermənistan paytaxtında etiraz aksiyaları davam edir. 

Polis ictimai asayişi pozan mitinqin dayandırılması barədə çağırış etsə də, etirazçılar buna məhəl qoymayıblar. Bu gün səhər saatlarından nümayişçilər yenə mərkəzi küçələrə axışıblar. 

Aksiyanın rəhbəri, deputat Nikol Paşinyan bildirib ki, etirazçılar bu gün Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin müzakirə olunacağı parlamentə gedən yolları bağlamağa çalışacaqlar.  

Qeyd edək ki, aksiya iştirakçıları Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz edirlər. (apa)

17.04.2018 10:50 / Baxılıb: 163 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo