Xəzərdə balıqçı itib

AZADİNFORM. Xəzərdə 29 yaşlı balıqçı itkin düşüb.

FHN-dən Azadinform-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 16 aprel 2018-ci il tarixində balıq tutmaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisindən dənizə çıxmış 1989-cu il təvəllüdlü Həmidzadə Şəhriyar Paşa oğlu geri qayıtmayıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.

17.04.2018 09:40 / Baxılıb: 159 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo