| |||||
İrəvanda etirazçılar mərkəzi küçələri bağlayırErmənistanda Serj Sarqsyanın baş nazir vəzifəsinə namizədliyinə qarşı etiraz aksiyasının iştirakçıları Yerevanın mərkəzi küçələrini bağlamağa başlayıblar. Azadinform RİA Novosti-nin yaydığı məlumata istinadən xəbər verir ki, müxalifətçilər artıq Tumanyan və Abovyan küçələrinin, Maştots prospekti ilə Amiryan küçələrinin kəsişmələrini bağlayıblar. Şimal prospekti ilə etirazçılar mərkəzə doğru - Respublika meydanına istiqamətləniblər. Daha öncə, aksiya rəhbəri Nikol Paşinyan bildirmişdi ki, etirazçılar çərşənbə axşamı günü parlament istiqamətində olan bütün yolları bağlamağa çalışacaqlar. O küçələri gecədən bağlamağı təklif edib.
17.04.2018 09:00 / Baxılıb: 143 /
Bu bölmədə ![]() ![]() |
![]() |
© 2018 All right reserved www.azadinform.az | Powered by Danneo |