Ərdoğan Merkellə müzakirələr aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Azadinform "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri administrasiyasındakı mənbə bildirib.

Məlumata görə, dövlət rəsmiləri ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Danışıqlarda həmçinin Suriyada kimyəvi silahın tətbiqindən sonra ABŞ, Britaniya və Fransanın bu ölkədə keçirdiyi hərbi əməliyyatlara toxunulub. Liderlər Suriyanın ərazi bütövlüyünün toxunulmazlığını və bu ölkədə siyasi irəliləyişin nizamlanması prosesinin təminatına yönəldilmiş konkret addımların qısa zamanda qəbulu vacibliyini vurğulayıblar.

16.04.2018 23:57 / Baxılıb: 164 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo