Türkiyə prezidenti NATO-nun baş katibi ilə görüşüb

Bu gün Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Yens Stoltenberq arasında görüş olub.

Azadinform-un məlumatına görə, görüşdə Suriyadakı vəziyyət və Türkiyə - NATO münasibətləri müzakirə olunub.

NATO baş katibi Türkiyənin Alyansdakı strateji əhəmiyyətini vurğulayıb. Tərəflər  həmçinin iyul ayında Brüsseldə keçiriləcək NATO zirvə toplantısına hazırlığı müzakirə ediblər.

Söhbət zamanı Ərdoğan və Stoltenberq aprelin 14-ə keçən gecə ABŞ, Böyük Britaniya və Fransa tərəfindən Dumada kimyəvi silahdan istifadəyə cavab olaraq Suriya ərazisində keçirilən əməliyyat ətrafında fikir mübadiləsi aparıblar.

16.04.2018 23:08 / Baxılıb: 154 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo