Lütfiyar İmanovun 90 illiyi münasibətilə anım mərasimi keçiriləcək

Azərbaycan opera müğənnisi, SSRİ xalq artisti Lütfiyar İmanovun anadan olmasının 90 illiyi münasibətilə anım mərasimi keçiriləcək.

Azadinform xəbər verir ki, aprelin 17-də, saat 16:00-da birinci Fəxri xiyabanda baş tutacaq mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, mərhumun yaxınları, incəsənət nümayəndələri, ictimai xadimlər iştirak edəcəklər.

Qeyd edək ki, Lütfiyar İmanov 1929-cu il aprelin 17-də Sabirabad rayonunda anadan olub. İlk dəfə məktəbli olarkən 1943-cü ildə Sabirabad Dövlət Dram Teatrında aktyor kimi özünü sınayıb. 1948-ci ildən Sabirabad şəhər mədəniyyət evində bədii rəhbər işləyib. 1957-ci ildə Asəf Zeynallı adına Bakı musiqi məktəbinin vokal şöbəsini, 1968-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq fakultəsini bitirib. İlk dəfə 1957-ci ildə Moskvada Üzeyir Hacıbəyovun “Koroğlu” operasında baş rolda debüt edib. 1958-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub.

1968-ci ildən başlayaraq 30-dan çox operada baş rolda çıxış edib. İran, İtaliya, Almaniya, Hindistan, Kanada, ABŞ, Türkiyə, bir sıra ərəb öləkələrində və s. qastrol səfərlərində olub. Pedaqoji fəaliyyətlə məşğul olub. 1987-1991-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifqının sədri olub. 1980 və 1985-ci illərdə Azərbaycan SSR-nin Ali Sovetinin deputatı seçilib. 21 yanvar 2008-ci ildə Bakı şəhərində dünyasını dəyişib. Fəxri xiyabanda dəfn olunub.

16.04.2018 20:37 / Baxılıb: 224 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.07.2018
    21.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo