Rusiya Cənub Hərbi Dairəsində hava hücumundan müdafiə təlimləri keçirib

Rusiya ordusu Cənub Hərbi Dairəsində (CHD) hava hücumundan müdafiə bölmələrinin planlı taktiki təlimlərini keçirib.

Azadinform "RİA Novosti"yə istinadən xəbər verir ki, "S-400" tipli "Triumf" zenit-raket sistemləri həyəcan siqnalı ilə hərəkətə keçirilib və müəyyən ərazilərdəki mövqelərə yerləşdirilib, ardından quraşdırılaraq maskalandırılıb.

Rusiyalı hərbçilər şərti düşmənin təkli, qrup şəklində və kütləvi hava hücumlarının qarşısını almaq məsqədilə raketlərin elektron buraxılışını həyata keçiriblər.

Qeyd edək ki, CHD-nin tərkibinə Rusiya ərazisindən kənarda yerləşən üç baza, o cümlədən Ermənistandakı hərbi baza daxildir.

16.04.2018 20:28 / Baxılıb: 170 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo