Millimiz üçün daha bir yoldaşlıq oyunu Rəqib bilindi

Samir Soltanov/AZADİNFORM. Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib. 

Azadinform AFFA-nın saytına istinadən xəbər verir ki, komandamız iyunun 5-də Astana şəhərində Qazaxıstanla qarşılaşacaq. Bu razılaşma çərçivəsində milli komandaların oyunundan 1 gün əvvəl – iyunun 4-də, Astanada Qazaxıstan və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmaları yoldaşlıq oyununda üz-üzə gələcək. U-21-lərin oyunu Bakı vaxtı ilə saat 13:00-da, əsas milli komandaların qarşılaşması isə saat 18:00-da başlayacaq. 

Maraq üçün bildirək ki, millimizin sabiq hücumçusu, hazırda baş məşqçisi olan Qurban Qurbanov komandamızın heyətində ilk qolunu Qazaxıstanla oyunda (3:3) vurub. O, 1993-cü ildə İranın paytaxtı Tehranda keçirilən beynəlxalq turnirdə dubl edib.  

Qeyd edək ki, daha əvvəl əsas yığmamızın mayın 29-da Qırğızıstan, iyunun 9-da isə Latviya ilə yoxlama oyununda qüvvəsini sınayacağı açıqlanmışdı.

16.04.2018 19:00 / Baxılıb: 147 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo