Çin prezidenti İlham Əliyevi təbrik edib

Samir Soltanov/AZADİNFORM. Çin Xalq Respublikasının sədri Si Cinpin İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib. 

Azadinform xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyinizi eşidəndə çox sevindim. Sizə ən səmimi təbriklərimi çatdırmağı özümə şərəf bilirəm. Çin ilə Azərbaycan əməkdaşlıq sahəsində ənənəvi dost tərəfdaşlardır. Diplomatik münasibətlər qurulduqdan sonra hər iki tərəfin siyasi etimadı daim möhkəmlənir, bütün sahələrdə praqmatik əməkdaşlıq dərinləşir, iki ölkənin münasibətləri davamlı inkişaf edir. Mən Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. Bütün sahələrdə əməkdaşlığı Sizin ilə birlikdə xalqlarımızın rifahı naminə yeni səviyyəyə yüksəltmək istəyirəm. Bu yaxınlarda Azərbaycan tərəfi Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi dövlət kimi üzv olmaq üçün ərizə verib. Çin tərəfi Azərbaycan tərəfinin ərizəsinə böyük əhəmiyyət verir və ŞƏT-in iştirakçısı olan digər ölkələrlə birlikdə onu vahid razılıq əsasında nəzərdən keçirəcək. Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyət, ali dövləti vəzifənizdə daim böyük uğurlar qazanmağı arzu edirəm. Dövlətinizə tərəqqi, xalqınıza firavanlıq diləyirəm”.

16.04.2018 18:40 / Baxılıb: 186 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo