İrəvanda polis və nümayişçilər arasında toqquşma olub

İrəvanın mərkəzində vəziyyət gərginləşib. 

Məlumata görə, Baqaramyan prospektində polis və nümayişçilər arasında toqquşma baş verib. Nümayişçilər polis səddini yararaq Konstitusiya Məhkəməsinin binasına çatıblar. Lakin polis onların qarşısını tikanlı məftillərlə kəsib. Nümayişçilərə qarşı xüsusi vasitələrdən istifadə edilib. Aksiyanın təşkilatçısı, parlamentin deputatı Nikol Paşinyan xəstəxanaya yerləşdirilib. 

Polis hazırda vəziyyəti nəzarətə götürməyə çalışır. Aksiya gedən əraziyə su püskürdən maşınlar gətirilib. 

Qeyd edək ki, kütləvi aksiya Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz məqsədilə keçirilir. (apa)

16.04.2018 17:52 / Baxılıb: 136 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo