Serj Sarkisyana qarşı etirazlar davam edir Video

Ləman Hüseynzadə / AZADİNFORM. Ermənistanda etiraz hərəkatının lideri, “Yelk” parlament fraksiyasının rəhbəri Nikol Paşinyan tərəfdarlarını İrəvandakı küçələri tərk edərk Fransa meydanına toplaşmağa çağırıb.

Azainform xəbər verir ki, Serj Sarkisyan əleyhinə toplaşan narazı kütlənin sayı 100 mini keçib.

Nümayişçilər Ermənistan Dövlət Pedaqoji Universitetinin binasına zorla daxil olublar və universitetdə “Qoşulun” və “Addım at, Sarkisyanı devir” kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, aprelin 14-də Ermənistanın hakim Respublika partiyası Serj Sarkisyanın Ermənistanın baş naziri postuna namizədliyini irəli sürüb. Baş nazir seçimi aprelin 17-də keçiriləcək. Ötən gün Nikola Paşinyan tərəfdarlarını İrəvanda körpülər, prospektlər, küçələr və metro stansiyalarını bağlamağa çağırıb. Aksiya iştirakçıları artıq bu gün səhər tezdən bir sıra mühüm küçə və prospektləri qismən bağlayıb.

 

16.04.2018 16:15 / Baxılıb: 181 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.07.2018
    17.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo