Hazırda kəskin devalvasiya təhlükəsi yoxdur İqtisadçı

Yusif Ziyaoğlu/AZADİNFORM. Son günlərdə qonşu Rusiyada rublun və Türkiyədə lirənin dollara nisbətdə dəyər itirməsi Azərbaycanda da narahatlıq yaradıb. İnsanlar manatın növbəti dəfə devalvasiyaya uğrayacağı ajiotajını yaşayırlar. 

Amma Mərkəzi Bankın sədri Elman Rüstəmov açıqlama verdi ki, manatın devalvasiyasından heç bir söhbət gedə bilməz. Ekspertlər də bu ajiotajın müvəqqəti olacağı qənaətindədirlər. 

İqtisadçı ekspert Samir Əliyev “Azadinform”-a açıqlamasında təəssüf hissi ilə deyib ki, bu işdə bəzi bankların özünün də rolu var: “Kimlərsə süni şəkildə ajiotaj yaratmaq istəyir. Bankların bu məsələdə hansısa formada rolu və maraqları var. Görünür, kreditləşmədən gəlir əldə etməyən bankalar bundan müəyyən qədər gəlir əldə etmək istəyirlər. Hökumət bu məsələdə diqqətli olmalıdır. Dollar bolluğu yaratmaq yolu ilə ajiotaj yatırılmalıdır. Bunun üçün potensial var, tədiyyə balansı imkan verir ki, Mərkəzi Bank bu məsələni həll etsin”.

İqtisadçı bildirib ki, bir müddət əvvəl manatın bahalaşması riski olsa da, Mərkəzi Bank buna imkan vermədi: “Bundan sonra da manatın ucuzlaşmasına imkan daxilindən yol verməyəcək. Dünya bazarlarında neftin qiyməti kəskin ucuzlaşmazsa, ölkədə siyasi bir gərginlik olmazsa, dolların manata olan məzənnəsi təxminən indiki səviyyədə qalacaq. Hazırda kəskin devalvasiya təhlükəsi yoxdur, manatın cüzi ucuzlaşması məsələsi isə mümkündür. Hər şey hökumətin qərarından asılı olacaq”.

16.04.2018 15:49 / Baxılıb: 198 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo