Qurban Qurbanov Mahir Mədətovu cəzalandırıb

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının hücumçusu Mahir Mədətovu cəzalandırıb. 

Məlumata görə, 21 yaşlı hücumçu əvəzedici heyətə göndərilib. Q.Qurbanov Mahirin hazırda lazımi formada olmadığını əsas gətirərək bu qərarı verib. 

Qeyd edək ki, M.Mədətov “Qarabağ”ın “Kəpəz”ə qarşı ötən şənbə Premyer Liqada keçirdiyi görüşün iştirak ərizəsində olmayıb. sport7.az saytı isə məlumat yayıb ki, M.Mədətov məşqə gecikdiyi üçün Q.Qurbanov onu əvəzedici heyətə göndərib. Onun əsas komandaya nə vaxt dönəcəyi hələ bilinmir. 

Qeyd edək ki, bu yaxınlarda Q.Qurbanov Elvin Yunuszadəni də əvəzedici heyətə göndərmiş, lakin sonradan onu bağışlamışdı. (qol.az)

16.04.2018 15:25 / Baxılıb: 161 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo