Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən irəli sürülüb

Ermənistanın hakim Respublika Partiyası və “Daşnaksutyun” partiyasının parlament fraksiyalarının birgə iclasında Serj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən irəli sürülüb. 

Məlumata görə, iclas cəmi 5 dəqiqə çəkib. 

Ermənistan Respublika Partiyası fraksiyasının rəhbəri Vaqram Baqdasaryan bildirib ki, S. Sarkisyanın namizədliyi ilə bağlı səsvermə sabah parlamentdə keçiriləcək. 

Qeyd edək ki, Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək. (apa)

16.04.2018 15:00 / Baxılıb: 181 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.07.2018
    21.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo