Suriya cəzasız qalmamalıdır

Samir Soltanov/AZADİNFORM. “Dinc əhaliyə qarşı kimyəvi hücumlar həyata keçirmiş Suriya cəzasız qalmamalıdır”. 

Azadinform xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. O bildirib ki, Türkiyə NATO-nun üzvü qismində Suriyada hava əməliyyatlarının keçirilməsi ilə bağlı ABŞ-ın təklifini dəstəkləyib: “Biz bu addıma görə Türkiyəyə minnətdarıq. Türkiyə bizim üçün dəyərli müttəfiqdir”. 

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ, Böyük Britaniya və Fransa Silahlı Qüvvələri Suriyada kimyəvi hədəflərə hava zərbələri endirmişdilər. Zərbələr zamanı 100-dən çox raket buraxılsa da, əksəriyyəti Suriya tərəfindən dəf edilib.

16.04.2018 14:45 / Baxılıb: 146 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo