"İzvestiya" qəzeti Azərbaycana qarşı təxribata yol verib

Rusiyanın "İzvestiya" qəzeti Azərbaycana qarşı təxribata yol verib.

Xəbərə görə, "İzvestiya" qəzetinin saytında bu gün Ermənistanın eks-prezidenti, hazırda baş nazir postuna namizədliyi irəli sürülən Serj Sarkisyanla müsahibə yer alıb.

Jurnalist Aleksey Zabrodinin müəllifi olduğu müsahibəyə yerləşdirilən fotoların birində qondarma Dağlıq Qarabağ separatçı rejiminin bayrağı və "Azad Artsaxa xoş gəlmisiniz" yazılan lövhə əks olunub. 

S. Sarkisyanla müsahibənin bir sualı Dağlıq Qarabağ münaqişəsinə həsr olunub.

Qeyd edək ki, 1917-ci ildə əsası qoyulan "İzvestiya" qəzetinin baş redaktoru milliyyətcə erməni Arseni Ohanesyandır. (Apa)

16.04.2018 14:15 / Baxılıb: 190 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo