Gəncədə saxta yuyucu vasitələr satan şəxs tutuldu

AZADİNFORM. Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində müxtəlif ərazilərdə səyyar formada saxta yuyucu vasitələrinin satılması barədə məlumat daxil olub.

DİN-dən Azadinform-a verilən məlumata görə, Gəncə ŞBPİ-nin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbirlərlə “Ford-Transit” markalı avtomobil müəyyən edilərək şəhər ərazisində saxlanılıb.

Polis əməkdaşları Gəncə şəhər sakini Rail Abdıyevin idarə etdiyi avtomobildən zavod istehsalı olmayan 401 ədəd məişətdə istifadə edilən yuyucu kimyəvi maddə (Fairy), 297 ədəd boş “Ariel” salafan paketləri və 1 ədəd həmin paketlərin qablaşdırılması üçün istifadə edilən ütü aşkar ediblər.

Götürülən maddi sübutlar ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

16.04.2018 14:00 / Baxılıb: 172 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.07.2018
    17.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo