Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu nə vaxt keçiriləcək?

Adəm Abbaslı/AZADİNFORM. Konstitusiya Məhkəməsi Plenumunun prezident seçkilərinin nəticələri ilə bağlı iclasının vaxtı açıqlanıb.

Məhkəmədən Azadinform-a verilən məlumata görə, 2018–ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası aprelin 17-nə təyin edilib.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Seçkilərin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,02 faizini toplayıb.

16.04.2018 12:00 / Baxılıb: 213 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo