İlham Əliyev xalqın rifahının daha da yaxşılaşdırılması üçün əzmlə çalışacaq

AZADİNFORM. “Cənab prezident İlham Əliyevi 11 aprel seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyi münasibətilə təbrik edir və ən xoş arzularımı çatdırıram”.

Azadinform xəbər verir ki, bunu Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda yazıb.

O qeyd edib ki, yeni prezidentlik dönəmində cənab İlham Əliyev Azərbaycan xalqının rifahının daha da yaxşılaşdırılması üçün əzmlə çalışacaq: “Habelə dünyada sülhün, təhlükəsizliyin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi naminə gərəkən addımları atacaq, eyni zamanda da milli və beynəlxalq layihələrin gerçəkləşdirilməsi yolunda səylərini, təcrübə və biliklərini bundan sonra da əsirgəməyəcək. Biz DADP-çilər ötən 15 il ərzində cənab İlham Əliyevin prezidentlik fəaliyyətini hər zaman yaxından izləmiş və yürütdüyü siyasəti daim dəstəkləmişik. Bu həm də bizim mənəvi borcumuzdur. Çünki Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılmış siyasi təşkilatdır. Bu gün mənimlə bərabər, partiyamızın üzvləri də tam surətdə əmindirlər ki, prezident İlham Əliyev dünyadakı hazırki mürəkkəb geosiyasi şəraitdə zərbaycanımızı bundan sonra da uğurla idarə edəcək və həmçinin, Qarabağı mənfur erməni işğalından azad edərək öz adını Azərbaycan tarixinə həmişəlik olaraq qızıl hərflərlə yazdıracaq. Mən Birinci Qarabağ Müharibəsinin iştirakçısı və ehtiyatda olan zabit kimi öz Ali Baş Komandanımıza bütün varlığımla güvənir və əmr verəcəyi təqdirdə yenidən Qarabağ uğrunda döyüşlərə qatılmağa hazıram”. 

16.04.2018 11:20 / Baxılıb: 160 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo