Ermənistanda Serj Sarkisyana etiraz - Küçələr bağlandı

Ləman Hüseynzadə / AZADİNFORM. Ermənistanda sabiq prezident Serj Sarkisyanın Baş nazir təyin edilməsinə qarşı aksiya keçirilir.

Azadinform xəbər verir ki, nümayişçilər Yerevanın bir neçə mərkəzi küçəsini bağlayıblar.

Polis aksiya iştirakçılarından ərazini boşaltmağı tələb edirlər.

Etiraz hərəkatının lideri, “Yelk” parlament fraksiyasının rəhbəri Nikol Paşinyan ötən gün bəyan edib ki, tərəfdarları körpüləri, yolları və metro stansiyalarını bağlamaq niyyətindədirlər.

Qeyd edək ki, aprelin 14-də Ermənistanın hakim Respublika partiyası Serj Sarkisyanın Ermənistanın baş naziri postuna namizədliyini irəli sürüb. Baş nazir seçimi aprelin 17-də keçiriləcək.

16.04.2018 10:20 / Baxılıb: 201 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo