Polis baş leytenantı yol qəzasında öldü - Salyanda

Salyanda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Azadinform Azərtac-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Salyan-Neftçala avtomobil yolunun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində baş verib. Neftçala şəhər sakini, 1994-cü il təvəllüdlü Niftəliyev Rza Hicran oğlu idarə etdiyi “PRİYORE” markalı avtomobillə hərəkətdə olarkən idarə etməni itirib və avtomobil yolun kənarındakı dirəyə çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Rza Niftəliyev Neftçala Rayon Polis şöbəsinin əməkdaşı polis baş leytenantı olub.

Faktla bağlı araşdırma aparılır.

16.04.2018 10:00 / Baxılıb: 278 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo