Gəncədə yanğın olub

AZADİNFORM. Gəncədə yanğın hadisəsi baş verib.

FHN-dən Azadinform verilən məlumata görə, şəhərin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 60 kv.m sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı binadan 6 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər və zirzəminin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

16.04.2018 09:40 / Baxılıb: 136 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo