Yunanıstanda etiraz - ABŞ bayrağı yandırıldı

Yunanıstanın paytaxtı Afinada ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

Azadinform xəbər verir ki, aksiyanı Yunanıstan Kommunist Partiyası, parlamentə daxil olmayan sol partiyalar təşkil edilib. Etiraz aksiyası zamanı ABŞ bayrağı yandırılıb. Aksiya zamanı etirazçılar "İmperializm 1 nömrəli düşməndir, "ABŞ, NATO, AB, çəkin əlinizi Suriyadan", "Yankilər evə gedin" kimi şüarlar səsləndirilib.

Mitinqdə çıxışı edən yunan kommunistlərinin lideri Dmitri Kutsumbas ölkəsinin ABŞ-ın yanında yer almaması gərəkdiyini deyib:

"Təəssüf ki, imperialist savaş təhlükəsi artır. Yunan hökuməti xalqın maraqlarına qarşı üzərinə böyük öhdəliklər götürür. Afina ABŞ-NATO planlarından ayrılmalıdır".

15.04.2018 20:27 / Baxılıb: 198 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
    23.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo